Rusiyanın təhsil naziri: “Valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”

Rusiyanın təhsil naziri: “Valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”

“Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər”.
 
Bunu Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva Bakıda “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda konfrans çərçivəsində keçirilən mətbuat konfransında deyib.
 
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir: “İki Rusiya universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərin inkişafının göstəricisidir”. (apa) /

Google+ WhatsApp ok.ru