Builki imthanlar nəticələrin aşağı olması ilə seçiləcək-ekspert

Builki imthanlar nəticələrin aşağı olması ilə seçiləcək-ekspert

"Yenisabah.az"da "Builki qəbul və buraxılış imtahanları aşağı nəticələrlə seçiləcək"-ekspert rəyi" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif builki buraxılış-qəbul imtahanlarının mümkün ntəicələrini təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla müzakirə edir.
 
"Bu il ilk dəfə olaraq abituriyentlər yeni formatda, yəni iki mərhələdə ali məktəblərə qəbul imtahanları verirlər. Əvvəlki illərdən fərqli olaraq bu il buraxılış imtahanlarının nəticələri də əsas götürülür. Məlum olduğu kimi, XI sinif şagirdləri üçün buraxılış imtahanları ötən ay keçirilib, lakin nəticələr hələ açıqlanmayıb". Bu sözləri "Yeni Sabah"a qəbul imtahanları barədə danışan təhsil eksperti Kamran Əsədov deyib.
 
K.Əsədov aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib.
 
Ekspert vurğulayır ki, mayn 12-də I və IV ixtisas qrupu üzrə abituriyentlər imtahan verb, imtahanda 32173 abituriyentin iştirak edib: "Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər".
 
K.Əsədov deyir ki, 18 ildir ki, abituriyentlər alternativ variantlarla sualları cavablandırırlar, 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur.
 
"Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o, doğru bildiyi cavabı seçir.Açıq tipli test tapşırığında isə iştirakçı cavabı özü yazır".
 
K.Əsədov builki imtahanların cavab nəticələrinə toxunaraq səviyyənin aşağı olacağını iddia edir: "Ümumiyyətlə, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək. Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib. İmtahan cavablarının iki ay müddət keçəndən sonra elan olunması şagirdlər arasında psixoloji gərginlik yaradır. Bu il imtahan nəticələrinin zəif olmasına təkcə, yenilik təsir göstərməyəcək, eyni zamanda yoxlama zamanı insan faktorunun olması da təsir göstərəcək. Belə ki, hər bir yazı işi əvvəlcə "scan" olunur və 2 marker tərəfindən qiymətləndirilir. Markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir.
 
Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir".
 

Google+ WhatsApp ok.ru