Rusiyada qanunsuz silah satışına qarşı genişmiqyaslı əməliyyat keçirilib

Rusiyada qanunsuz silah satışına qarşı genişmiqyaslı əməliyyat keçirilib

Rusiyanın 21 regionunda axtarış aparılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi qanunsuz silah satışı ilə məşğul olan qruplara və şəxslərə qarşı əməliyyat keçirib. 
 
Məlumatı FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi yayıb. 
 
Məlumata görə, ölkənin 21 regionunda silah əldə edilməsi, istehsalı, modernləşdirilməsi və satışı, eləcə də Ukrayna ərazisindən qaçaqmalçılıq yoluyla silah tədarükü ilə məşğul olan 62 vətəndaşla əlaqədar axtarış aparılıb.
 
Nəticədə qanunsuz dövriyyədən Rusiya və xarici ölkələrin istehsalı olan 181 ədəd odlu silah, 200-dən çox silah hazırlanması üçün hissələr, 7000-dən çox müxtəlif kalibrli sursatlar, 18 kq-dan çox partlayıcı maddələr aşkar edilərək müsadirə olunub.
 
Bundan əlavə, sursat istehsalı ilə məşğul olan səkkiz emalatxana bağlanıb.(report) /

Google+ WhatsApp ok.ru