Rusiyadan Amerikaya xəbərdarlıq 22 Dekabr 2014 02:00 Dünya Maide.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Amerikanın Rusiya əleyhinə yeni qəbul etdiyi qətnaməyə işarə vuraraq, Moskvanın düşmənçilik cəhdlərinə səssiz qalmayacağını bildirib. Rus səlahiyyətli Rusiyanın indiki prosesdən gec-tez çıxacağını, amma Amerikanın etdiklərinin əvəzini Rusiya tərəfindən alacağı xəbərdarlığını edib. Bu arada ABŞ prezidenti Barak Obama verdiyi açıqlamada, Rusiya Federasiyasına daxil olan Kırımla hər cür iqtisadi əlaqəni qadağan etdiyini bildirərək, yarımadaya iqtisadi embarqo tətbiq edəcəyini açıqlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə dünən verdiyi bəyanatda, "Milli mənafelərimizi müdafiə etməyə yönəlik davam etdirdiyimiz fəaliyyətlərə görə bir sıra yersiz reaksiyalarla qarşı-qarşıya qalırıq. Ancaq bütün bunlara baxmayaraq, birlikdə və sakit şəkildə işləməyə davam etməliyik. Həmçinin, ölkəmizin müdafiə və təhlükəsizlik sahələrində ehtiyaclarını ödəməyə yönəlmiş fəaliyyətləri ardıcıl olaraq tamamlamalıyıq", - deyib. Teqlər : #Rusiyadan Amerikaya xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyada məscidin divarına faşizm nişanələri yazdılar - FOTO Səudiyyə rejimi əleyhinə etiraz akisyası keçirilib- Foto
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO