Rusiya ABŞ-dan olan 755 diplomatı ölkədən çıxarır 31 İyul 2017 01:00 Dünya Vladimir Putin ABŞ-ın qoyduğu sanksiyalara cavab olaraq Rusiyadakı amerikalı diplomatların sayını azaltmağı qərara alıb İyulun 28-də ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi ən böyük sanksiyaya Rusiya tərəfi cavab verib. Bu barədə xəbəri "İnterfaks" agentliyi yayıb. ABŞ konqresmenləri Krımın Rusiyaya ilhaqını və Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə iddialarını əsas gətirərək, Rusiyadan olan diplomatlara sanksiya tətbiq etmişdi. İyulun 30-da Rusiyanın 1-ci kanalına danışan Vladimir Putin bildirib ki, ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq: "Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki heyətinin sayı ABŞ-dakı Rusiya diplomatları və texniki heyətinin sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər". Teqlər : #Rusiya ABŞdan olan 755 diplomatı ölkədən çıxarır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Londonda ara qarışdı: dükanlar qarət olunur, maşınlar yandırılır-VİDEO Qətifdə polis patruluna hücum edilib, 1 polis ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO