Rusiya ABŞ-a rekord miqdarda neft məhsulu satıb 11 Avqust 2020 11:37 Dünya Rusiya cari ilin ilk altı ayında ABŞ-a 2,2 milyard dollarlıq 9 milyon tondan çox neft məhsulu göndərib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətindən məlumat verilib. Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə tədarük 2.3 dəfə artıb və 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Buna baxmayaraq, 2020-ci ilin ilk yarısında ABŞ-a göndərilən neft məhsullarının həcmi Rusiyanın ümumi neft məhsulları ixracının 12%-ni təşkil edib. Rusiyadan neft məhsullarını ən çox idxal edən ölkə isə Niderlanddır. Rəsmi Amsterdam ilin ilk yarısında Moskvadan 12.19 milyon ton neft məhsulu qəbul edib. Bu isə Rusiyanın ixrac etdiyi ümumi neft məhsullarının 16.3%-ni təşkil edir. Teqlər : #Rusiya,#ABŞa,#rekord,#miqdarda,#neft,#məhsulu,#satıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl (ə) hərəmlərinin üzərində qara bayraq xüsusi mərasim keçirilmədən dəyişdiriləcək Həsən Diyab: ‘Livanı vuran fəlakət ölkəni bürüyən korrupsiyanın nəticəsidir’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO