Roqozin: Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək 25 May 2020 14:03 Dünya “Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib. "Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir", - deyə Roqozin vurğulayıb. O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb. Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. “Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb. Teqlər : #Roqozin:,#Rusiya,#ABŞın,#Ayı,#özəlləşdirməsinə,#imkan,#verməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ İraqdan Suriyaya 50 yük maşını hərbi texnika göndərib Rusiyada helikopter sərt eniş edib, ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO