Roma Papası xristian dünyasına od püskürdü

`Çox uşaq sahibi olmağı başağrısı sayan cəmiyyət geriqalmış və iylənmişdir`

Dünya Katoliklərinin lideri Papa Fransis iş başına gəldiyi ilk gündən bəri həmişə xristianların dünyaya uşaq gətirmələrini təşviq edən bir xətt tutub. Xristian əhalinin getdikcə azaldığından narahat olan Papa Fransis demək olar ki, getdiyi hər yerdə, iştirak etdiyi hər platformada xristianlardan dünyaya uşaq gətirmələrini istəyir.
 
Maide.az xəbər verir ki, Papa Fransis verdiyi son açıqlamada daha məzəmmətedici danışıb və belə deyib: "Dünyaya uşaq gətirmək istəməyən ailələrə demək istəyirəm: Əgər uşaq doğmaq istəmirsinizsə, bu o deməkdir ki, yalnız özünüzü düşünürsünüz və qürurlu insanlarsınız, eqoistsiniz!"
 
Vatikanın Müqəddəs Ata ayinində çıxış edən Papa, bu sözləri xüsusən Avropa ölkələri arasında ən az əhali artımına malik olan İtaliya üçün səsləndirib. Roma papası belə deyib: "Ətrafında uşaqların oynamasından qorxan və çox uşaq sahibi olmağı başağrısı sayan cəmiyyət geriqalmış və iylənmişdir. İki nəfərlik bir həyata qane olmaq və uşaq istəməmək, ancaq eqoistlik hissi ilə ifadə edilə bilər. Bu cür insanlarda şəxsiyyət pozğunluğu var. Həyat, ancaq məhsuldar olduqda insana enerji və qüvvə verir. Bir cəmiyyət də ancaq bu şəkildə zənginləşə bilər. Heç bir cəmiyyət uşaq üzündən yox olmamışdır."
 
Papa öz uşaqlıq dövründən də söz açıb və çıxışın belə davam etdirib: "Biz 5 qardaşıq və anamız bizə, "Sizlər mənim 5 barmağım kimisiniuz. Hansı bir çətinlik gəlsə, mənim canım yanır. Çünki hamınız mənim balamsınız. Hər nə qədər bir-birinizdən fərqli də olsanız, bu belədir", - deyərdi."
 
Roma papası belə deyib: "Bizlər uşaqlarımızı sevirik, uşaq olduqları üçün sevirik. Bizim kimi düşündükləri və ya böyüyüb bizim kimi olacaqları üçün deyil! Yalnız uşaq olduqları üçün onları sevirik. Bir cəmiyyətin gələcəyə ümidlə baxması, uşaq sahibi olması ilə birbaşa bağlıdır. Çünki uşaq sahibi olmaq cəmiyyəti daxildən tənzim edir."

Google+ WhatsApp ok.ru