İrlandiyada niqablı müsəlman xanımlar daha az irqçiliyə məruz qalır 17 İyul 2020 12:45 Dünya KOVİD-19 pandemiyasının başlamasından etibarən, dünyada insanlar koronavirusun yayılmasını azaltmaq üçün üz maskaları taxmağa məcbur olurlar. Maide.Az "deyerler.org "a istinadən xəbər verir ki, maska taxmaq normaya çevrildiyi üçün İrlandiyadakı niqablı müsəlman qadınlara qarşı ayrı-seçkilik və irqçilik hallarının daha az olduğu bildirilib. Laois Birgə Dəstək Komitəsinin icma nümayəndəsi Sara Ceraldin Rasul “Leinster Express”ə açıqlamasında deyib ki, KOVİD-19 ilə bağlı tətbiq olunan bir çox qanun və qaydalar sosial məsafəyə əsaslanırdı: “Müsəlman qadınlar geyim tərzlərinə görə qınaqla üzləşir və ya hətta üz və əllərimizi örtdüklərinə görə cəzalandırılırdı. Koronavirus və sosial məsafə zamanı belə problemlə üzləşmədik. Üzlərini örtən, hücuma məruz qalan müsəlman xanımlar var idi. Ancaq koronavirus qaydaları onlar üçün rahat oldu, çünki üz və əllərini örtmək onlar üçün normal idi. Onu da qeyd edib ki, niqablı müsəlman qadınları artıq İrlandiya cəmiyyətində daha çox qəbul edildiyini hiss edirəm. Bu İrlandiyadakı müsəlmanlar üçün çox rahatlıq yaratdı. Artıq şübhəli kimi baxmırlar. Biz daha az zorakılıq hiss edirik və daha az irqi istismar hiss edirik və bu müsbət haldır”. Teqlər : #İrlandiyada,#niqablı,#müsəlman,#xanımlar,#daha,#irqçiliyə,#məruz,#qalır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya hərbi gəmilər istehsal edəcək İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO