Şri-Lankada müsəlamanlata təzyiqlər artıb

Şri-Lankada müsəlamanlata təzyiqlər artıb

Beynəlxalq Böhran Qrupu Şri-Lankada radikal hökumətin və milliyətçi qrupların müsəlmanlara qarşı təzyiqləri ilə bağlı hesabat açıqlayıb.
 
Maide.Az xarici KİV-ə istinadən  xəbər verir ki, hesabatda paytaxt Kolomboda bir neçə kilsə və hotelə hücumların səbəbkarı kimi müsəlmanların göstərildiyi və onlara qarşı təzyiqlərin təhlükəli həddə çatdığı vurğulanıb.
 
Qeyd olunub ki, hazırki vəziyyət Hind okeanı bölgəsində təhlükəsizlik və sülh üçün böyük təhlükədir.
 
Məlumata görə, son aylarda 1800-ə yaxın müsəlman gənc müxtəlif bəhanələrlə saxlanılıb. Hazırda onlardan 300-ü həbsdədir.
 
Milliyətçi buddistlər hicablı qadınlara qarşı fiziki zorakılıq edilməsi üçün çağırışlar da ediblər.
 
Qeyd edək ki, mayda Kolomboda kilsədə baş verən partlayışda 250 nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.
 

Google+ WhatsApp ok.ru