İraq Səhiyyə Nazirliyinin sözçüsü: Ərbəində digər ölkələrdən zəvvarların İraqa girişi qadağandır 08 Sentyabr 2020 08:57 Dünya Koronavirusla Mübarizə Qərargahının qərarına əsasən, Ərbəində əcnəbi zəvvarların ölkəyə girişi qadağandır və Ərbəin günlərində sərhədlərin açılması ilə bağlı heç bir yeni qərar qəbul olunmayıb. Maide.Az xəbər verir ki, bunu İraqın Səhiyyə Nazirliyinin sözçüsü Yusif Əl-Bədr İRNA-a ekskluziv müsahibəsində deyib. Y.Əl-Bədr qeyd edib ki, ötən gün baş nazir Mustafa Əl-Kaziminin başçılığı ilə Koronavirusla Mübarizə Qərargahının iclası keçirilib və iclasda bu haqda qərar qəbul olunub. “Pandemiyanın geniş yayılmasının qarşını almaq məqsədilə sərhədlərin açılması və əcnəbi zəvvarların qəbul edilməsi qadağandır. Sərhədlərdən çox məhdud şəkildə ticarət mübadiləsinə icazə verilir.Buda İraq xalqının gündəli ərzaq tələbatını təmin etmək məqsədilədir.” Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir. Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər. Teqlər : #İraq,#Ərbəin,#yürüş , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sergey Lavrov Bəşər Əsədlə görüşüb Nildə 100 ildə rekord daşqın qeydə alınıb, yüzlərlə insan ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO