İraqın üç vilayətində yüzlərlə İŞİD terrorçusu öldürüldü

Babil, Ənbar və Səlahəddin vilayətlərində yüzlərlə İŞİD terrorçusu öldürülüb. Babilin Cəfus-Sahr bölgəsində 100 İŞİD terrorçusu isə İraq təhlükəsizlik güclərinə təslim olub.
 
Maide.az xəbər verir ki, Neynəva vilayətindəki mənbələrinin məlumatına görə, İŞİD təşkilatına bağlı bir xəbər saytı bu təşkilatın Mosuldan qaçmadan əvvəl aralarında beş polis komissarının olduğu 20-dən çox adamı edam etdiyini yazıb.
 
Babilin Cəfus-Sahr bölgəsindəki qarşıdurmalarda İraq ordusu nəzarəti ələ keçirib. İŞİDə aid 28 zirehli maşın məhv edilib. Bu əməliyyat əsnasında İraq Müdafiə Nazirliyinin bir zabiti şəhid olub.
 
Qeyd edək ki, strateji nöqtə olan Cəfus-Sahr bölgəsi Ənbar tərəfindən Bağdada daxil olması üçün ən kritik bölgədir.
 
Bağdadın qərbində vuruşan İraq gücləri əl-Uzeym və Fəllucədə İŞİD-in iki hücumunu geri oturdub. Bu qarşıdurmada da onlarla İŞİD üzvü öldürülüb.
 
Tiqritdə də İraq təhlükəsizlik gücləri ilə qarşıdurmaya girən İŞİD qüvvələrindən onlarla adam öldürülüb və İŞİD-in Tiqrit Universitetinə qarşı hücumlarına son verilib.

Google+ WhatsApp ok.ru