İraqın İmralı şiələri 2 aydır İŞİD terrorçuları qarşısında müqavimət göstərir

 Ayətullah Sistaninin nümayəndəsi və Kərbəla şəhərinin İmam cüməsi Abdül Mehdi Kərbəlayi ötən gün cümə namazı xütbələrində İraqın İmralı şiələrinin mühasirəsinə son verilməsini tələb edib. 

Maide.az-ın əl-Səhafə xəbər saytına istinadən məlumatına görə, Kərbəla şəhərinin imam cüməsi İraq xalqını milli vəhdəti qoruyub saxlamağa və İŞİD terrorçuları qarşısında bir olmağa çağırıb. 

O İraqın İmralı şəhərində yaşayan şiələrin İŞİD terrorçuları tərəfindən uzun müddətdir ki, mühasirədə saxlandığını vurğulayıb və deyib ki, iki aya yaxındır ki, İmralı şəhərinin əhalisi - uşaqlar, qadınlar və kişilər əllərində olan az sayda silahlara və bütün çətinliklərə baxmayaraq İŞİD terrorçuları qarşısında qəhrəmancasına müqavimət göstərir. 

“Biz məsul şəxslərdən istəyirik ki, bu qəhrəman şəhərin əhalisini mühasirədən qurtarmaq üçün ciddi formada çalışsınlar”,-deyə Abdül Mehdi Kərbəlayi deyib. 

İraqın Səlahəddin şəhərinin şimalında yerləşən İmralı şəhərinin 20 min əhalisi var. Onların hamısı şiədir. İŞİD terrorçuları elan ediblər ki, İmralı şəhərini tutacaqları halda şəhərin bütün əhalisini qətliam edəcək. 

İŞİD terrorçuları Mosul şəhərini işğal etdikdən sonra Səlahəddinin şimal bölgəsində yerləşən İmralı şəhərini işğal etmək istəsədə İmralı şiələri bütün çətinliklərə baxmayaraq İŞİD terrorçularına qarşı mübarizəni davam edir və terrorçulara təslim olmurlar. 

Google+ WhatsApp ok.ru