İraq hökuməti ABŞ-dan hərbi əməliyyatları genişləndirməsini istədi

İraq hökuməti ölkənin şimalında İŞİD terrorçularının mövqelərinə ABŞ hərbçilərinin endirdikləri zərbələri artırmasını istəyib.

ABŞ İŞİD terrorçularının mövqelərinə zərbələri artırmalıdır. Bu bəyanatla İraqın BMT-ı nümayəndəsi Əli əl-Hakim çıxış edib. Əli əl-Hakim bildirib ki, "ABŞ hərbi hava qüvvələrinin İŞİD terrorçularının mövqelərinə endirdikləri zərbələr həlledici rola malikdir. Ona görə də biz ABŞ hərbçilərindən hədəflərin və zərbələrin sayının artırılmasını istəyirik. Bu bizim üçün çox önəmlidir."

Daha sonra diplomat beynəlxalq təşkilatların İraqa humanitar yardımını genişləndirməsini istəyib.

Google+ WhatsApp ok.ru