İraqda həbsdə olan əcnəbi İŞİD terror qruplaşma üzvləri edam oluna bilər

İraqda həbsdə olan əcnəbi İŞİD terror qruplaşma üzvləri edam oluna bilər

İraqda həbsdə olan əcnəbi İŞİD terror qruplaşma üzvləri barəsində edam hökmu çıxarılması mümkindir.
 
Maide.Az xəbər verir ki, bunu  İraq prezidenti  Bərham Saleh  «the national» qəzetinə müsahibəsində deyib. 
 
O deyib ki, İŞİD üzvləri İraq  qanunlarına görə mühakimə olunacaq və mümkin onlar barəsində edam qərarı çıxarılsın. 
 
Qeyd edək ki, bundan öncə  İraq baş naziri Adil Əbdül-Mahdi  demişdi ki,  Suriya tərəfindən 250 İŞİD üzvi  İraqa təhvil verilib. 
 
Məlumata görə, bu əsirlərin əksəriyyəti iraqlıdır və onlarınarasında 13 faransa vətəndaşının olduğu  bildirilir.  
 
Xatırladaq ki,  ABŞ prezidenti  Donald Tramp  bundan  Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox üzvini  geri götürməyə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.  
 

 

Google+ WhatsApp ok.ru