İran XİN rəhbəri Ankarada Suriya böhranını müzakirə edəcək

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyənin paytaxtı Ankarada bu gün baş tutacaq səfəri çərçivəsində bir sıra yüksək vəzifəli məmurla görüşlər keçirəcək.
 
Maide.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyinə İran XİN mətbuat xidmətindən bildirilib.  
 
“Səfər Məhəmməd Cavad Zərifin bölgə ölkələrinə turnesi çərçivəsində baş tutacaq. Səfər zamanı Suriyadakı böhran da daxil olmaqla bir sıra mühüm məsələlərin müzakirə olunacağı planlaşdırılıb”, deyə məlumatda qeyd edilir.  
 
İran XİN rəhbərinin həmçinin avqustun 12-də Livan və Beyruta səfəri nəzərdə tutulub. Yerli siyasətçilərlə İran nüvə proqramı üzrə əldə olunan razılaşmanın nəticələrinin müzakirə ediləcəyi planlaşdırılıb.   

Google+ WhatsApp ok.ru