İran XİN Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasına münasibət bildirib: Dinc sakinlərə hücum qəbuledilməzdir 05 Oktyabr 2020 12:30 Qarabağ xəbərləri “Əsas prinsip var, o da budur ki, dinc sakinlərə hücum etmək olmaz. Biz şəffaf, aydın və bir an belə gözləmədən elan etdik ki, dinc sakinlərə hücum qəbuledilməzdir”. Maide.Az bidlrir ki, bunu APA-nın Tehran müxbirinin “Dünən Ermənistan Azərbaycanın mülki əhalisinin sıx yaşadığı, döyüş bölgəsindən çox uzaqda olan, həmçinin strateji mülki obyektlərin olduğu Gəncə, Mingəçevir şəhərlərinə və Abşeron yarımadasına raket zərbələri endirib. Onlarla mülki şəxs yaralanıb, ölənlər var. Rəsmi Tehranın bu məsələyə münasibəti necədir” sualına cavabında İran XİN sözçüsü Səid Xətibzadə bildirib. “Biz hər iki ölkəyə bildirmişik, və təkidlə bu münaqişədə mülki şəxslərin həyatının qorunmasının lazım olduğunu elan edirik. Eləcə də mülki təsisatlar və yerlər də qorunmalıdır. Düşünürəm, hamı yardım etməlidir ki, bu münaqişənin alovu sönsün. Müharibənin alovlanmasına kimsə yardım etməməlidir”, - deyə İran XİN sözçüsü vurğulayıb. Teqlər : #İran XİN ,#Dinc sakinlərə hücum qəbuledilməzdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru XİN: Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib Ermənilərin Bərdədə öldürdüyü qadının adı açıqlandı - 3 nəfər yaralandı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni