Şəhid Kərbəlayi Zeynal Şahhüseynov böyük izdihamla dəfn edilib - FOTO / VIDEO

Şəhid Kərbəlayi Zeynal Şahhüseynov böyük izdihamla dəfn edilib - FOTO / VIDEO

 Xəbər verdiyimiz kimi  12 gün öncə komaya düşən qazimiz Kərbəlayi Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhidlik zirvəsinə ucalıb.
 
Maide.Az xəbər verir ki, şəhidin doğulduğu Masallı rayonunda ilk öncə vida mərasimi keçirilib, daha sonra şəhid Quran tilavəti və Ya Hüseyn zikirləri ilə Masallı rayon qəbirsanlığında dəfn edilib. 
 
Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün Şəhidin ailəsinə təqdim edilib.
 
Qeyd edək ki, şəhid Z.Şahhüseynov müharibə başlayandan cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət etmişdi. 
 
Əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanmış və döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala yerləşdirilmişdi. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi 12  gün öncə  komaya düşüb Lənkəran Mərkəzi xəstəxanasına yerləşdirilmiş. Bir neçə gün orada qaldıqdan sonra  ötən həftə Bakıya gətirilmiş və bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. 
 
Allahdan şəhidimizə rəhmət və xalqımıza səbr diləyirik!
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru