İran və Əlcəzair “Əhməd bəy” adlı müştərək tarixi film çəkir 06 Avqust 2018 01:00 Dünya İranlı kinorejissor Camal Şurcə Əlcəzairli Quran hafizi və Fransa işğalına qarşı mübarizə aparmış Əhməd bəy ibn Məhəmməd Şərif haqqında tarixi film çəkir. Maide.Az "İQNA"a istinadən xəbər verir ki, filmin çəkilişlərinə Əlcəzairin paytaxtında yerləşən “CADC” kino şəhərciyində start verilib. Film Əhməd bəyin Fransa işğalçılarına qarşı apardığı mübarizə illərini özündə əks etdirəcək. Filmdə iranlı və əlcəzairli aktyorlar oynayır. Qeyd edək ki, Əhməd bəy ibn Məhəmməd Şərif 1786-ci ildə Konstantin şəhərində doğulub və 1850-ci ildə vəfat edib. O, Əlcəzair ərəb tayfalarından ən böyüklərindən olan İbn Qanə ailəsindədir, O, 12 yaşında Quranı əzbərləyib. 1826-ci ildə Konstantin şəhərinin son bəyi Əhməd bəy ibn Məhəmməd Şərif Fransa işğalçılarına qarşı mübarizə aparmış və Konstantin Əlcəzairdə fransızlara qarşı ən uzun müddət müqavimət aparan şəhər olub. Teqlər : #İran və Əlcəzair Əhməd bəy adlı müştərək tarixi film çəkir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-2 Çin Həccə gedən müsəlmanları GPS sistemi ilə izləyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO