İran və Rusiya İŞİD-ə qarşı mübarizə üçün birgə əməliyyat qərargahı yaradıb

İran və Rusiya İraqda "İslam Dövləti" ilə mübarizə üçün birgə əməliyyat qərargahı yaradıb. Trend-in məlumatına görə, bu barədə İranın "Tasnimnews" xəbər saytı iraqlı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, iranlı və rusiyalı hərbi ekspertlər iraqlı komandirlərə İŞİD ilə mübarizədə yardım edir: “Rusiya və İrandan 60-dan çox hərbi ekspert İraqın paytaxtı Bağdadda “Əl-Rəşid” hotelində birgə əməliyyat qərargahı yaradıblar”. /

Google+ WhatsApp ok.ru