İran Türkiyəyə gündəlik qaz ixracını 6 milyon kubmetrə qədər artıra bilər

İran Türkiyəyə gündəlik qaz ixracını 6 milyon kubmetrə qədər artıra bilər

İran İslam Respublikası mövcud infrastrukturlar ilə Türkiyəyə qaz ixracının həcmini 6 milyon kubmetrə qədər artıra bilər. Bunu İran milli qaz şirkətinin baş direktoru Həmidrza İraqi deyib. 
 
Miade.Az xəbər verir ki, İRNA-nın məlumatına görə, H.İraqi deyib ki, imzalanmış müqaviləyə əsasən İran gündəlik olaraq Türkiyəyə 30 milyon kubmetr qaz ixrac edir. Və İran bu həcmə daha 6 milyon kub metr artıraraq, onu 36 milyon kubmetrə çatdıra bilər. 
 
İranın Milli Qaz Şirkətinin baş direktoru deyib ki, əgər İran və Türkiyə arasında ixrac edilən qazın həcminin artırılması ilə bağlı uzun müddətli müqavilə imzalanarsa, yeni infrastrukturlar yaradıla bilər. 
 
İraqçı həmçinin qeyd edib ki, İran cari ilin aprel ayından avqust ayına kimi 2 milyard 93 milyon kubmetr qaz ixrac edib. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyard 51 milyon kubmetr olmuşdu. 
 

Google+ WhatsApp ok.ru