İranın yeni hökumətinin üzvlərinin siyahısı parlamentə təqdim olunub - SİYAHI

İranın yeni hökumətinin üzvlərinin siyahısı parlamentə təqdim olunub - SİYAHI

İranda may ayında keçirilən prezident seçkilərni qazanan prezident Həsən Ruhani yeni hökumətinin (12-ci hökumət) üzvlərinin siyahısını parlamentin Rəyasət Heyətinə təqdim edib.
 
Maide.Az xəbər verir ki, 17 nəfərin daxil olduğu yeni hökumət üzvlüyünə namizədlər arasında ən gənc namizədin 36 yaşı var. Məhəmmədcavad Azəri-Cehrumi informasiya və elmi-texnologiya naziri vəzifəsinə namizd göstərilib. Ən yaşlı namizəd isə 65 yaşlı hazırkı neft naziri Bijen Namdar-Zəngənədir.
 
Xarici işlər naziri Məhəmmədcavad Zərif (58 yaşında) də öz vəzifəsini qoruyub.
 
Nazir postuna başqa namizədlər bunlardır: Təhsil naziri Məhəmməd Becai (54 yaşında), İnformasiya və Kəşfiyyat naziri (ETTELAAT) Mahmud Ələvi (63), İqtisadiyyat naziri Məsud Kərbasian (61), Səhiyyə naziri Həsən Qazızadə-Haşimi (58), Əmək və Sosial İşlər naziri Əli Rəbii (62), Kənd Təsərrüfatı naziri Mahmud Hüccəti (62), Ədliyyə naziri Əlirza Avai, Müdafiə naziri Əmir Hatəmi (51), Yol və Şəhərsalma naziri Abbas Axundi (60), Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Şəriətmədari (57), Mədəniyyət və İrşad naziri Abbas Salehi (54), Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzli (58), Energetika naziri Həbibullah Bitrərəf (61), Gənclik və İdman naziri Məsud Sultanifər (58).
 
Beləliklə, əvvəlki hökumətdə çalışmış 9 nazir öz vəzifəsini qoruyub, hökumətə 8 yeni üzv daxil edilib.
 
İran parlamentinin reqlamentinə əsasən, bir həftədən sonra adlarını qeyd etdiyimiz hər bir namizədə ayrıca səs veriləcək. (mehrnews) /

Google+ WhatsApp ok.ru