İranın bu filmi `Oskar`a layiq görülüb - VİDEO

İranın bu filmi `Oskar`a layiq görülüb - VİDEO

İran istehsalı olan "Kommivoyajör" xarici dildə ən yaxşı film kimi "Oskar"a layiq görülüb 
 
Ona mükafatı isveçli aktrisa Alisiya Vikander təqdim edib
 
İranlı rejissor Əsgər Fərhadinin "Kommivoyajör" adlı ekran əsəri "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.
 
"Report" xəbər verir ki, lakin rejissor ABŞ prezidenti Donald Trampın immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üzrə fərmanına etiraz əlaməti olaraq mükafatlandırma mərasiminə gəlməyib.
 
İran filmi ilə yanaşı bu nominasiya uğrunda "Tanna" (Avstraliya istehsalı), "Toni Erdmann" (Almaniya), "Mənim yurdum" (Danimarka) və "Uvenin ikinci həyatı" (İsveç) mübarizə aparırdı.
 
"La-la Lend" müzikli isə "İlin ən yaxşı filmi" inominasiyasında qalib gəlib. /

Google+ WhatsApp ok.ru