İranda 30 milyon aztəminatlı ailəyə pulsuz elektrik enerjisi veriləcək 03 Sentyabr 2020 15:45 Dünya Növbəti iki aydan eitbarən 30 milyon aztəminatlı iranlıya ölkədə pulsuz elektrik enerjisi veriləcək. Maide.Az Iran KİV-lərinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bu gün Şərqi Azərbaycan, Kirmanşah və Ərdəbil vilayətlərində keçirilən su və elektrik layihələrinin açılış mərasiminə videokonfransda çıxışında deyib. O ölkənin çox ağır sanksiyalarla qarşılaşdığını bildirib."Son iki il yarım ərzində xalqımız düşmənlərin konspirasiyalarının qarşısında dayandı. Şükürlər olsun, ABŞ məğlub oldu və İran xalqını diz çökdürmək planlarının hamısı uğursuzluqla nəticələndi" Ağ Evin böyük bir strateji səhv etdiyini söyləyən H. Ruhani qeyd eidb ki, bu təzyiqlər olmadan xalqımızın həyatı daha asan olardı. Lakin düşmənlər bütün sanksiyalara baxmayaraq, ölkəmizi inkişaf etdirməkdə bizə mane ola bilmədi. Teqlər : #İranda,#milyon,#aztəminatlı,#ailəyə,#pulsuz,#elektrik,#enerjisi,#veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uşaqlar üçün yaxşı və pis ölkələr Yaponiyada baş vermiş zəlzələ zamanı yaralıların sayı artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO