İran Ərəbistan xarici işlər nazirinin ittihamlarına reaksiya verdi

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Ərəbistan xarici işlər nazirinin ittihamlarına reaksiya verərək bildirib ki, İran İslam Respublikasının regiondakı rolu tamamilə konstruktivdir.

Maide.az-ın məlumatına görə, Hüseyn Əmir Abdullahian verdiyi müsahibədə, "İran, İraq, Yəmən və Fars körfəzinin ətrafında yerləşən ölkələrin təhlükəsizliyi bir-birinə bağlıdır. Ərəbistan xarici işlər naziri misirli həmkarı ilə müştərək mətbuat konfransında bildirmişdi ki, İran Yəmən, Suriya, İraq və Livanda müdaxilə edir və bu, ərəb ölkələri tərəfindən qəbulediləsi deyildir. Tehran terrorizmə dəstək verən, ondan vasitə olaraq istifadə edən və regionun təhlükəsizliyi ilə oynayan bəzi tərəflərin əksinə olaraq İraq, Suriya, Livan, Yəmən və terror hədələri ilə üzləşən ölkələri ciddi şəkildə dəstəkləyir", - deyib.

Xatırladaq ki, Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr misirli həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, "biz İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. Lakin bu, Tehranın ərəb ölkələrində müdaxilədən əl çəkməsi və terrorizmi dəstəkləməyə son qoyması ilə şərtlidir. Hər bir şey İrana bağlıdır." 

Google+ WhatsApp ok.ru