Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.
 
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. (apa) /

Google+ WhatsApp ok.ru