Qoşulmama Hərəkatı Sionist rejiminin davamlı təcavüzünü pisləyib

İranın BMT-dəki daimi nümayəndəsi “Qoşulmama” Hərəkatının adından Fələstin probleminin ədalətli və sülh yolu ilə həlli üçün Təhlükəsizlik Şurasının məsuliyyət daşıdığını qeyd edərək, bildirib ki, Orta Şərqdə qeyri-sabitlik mənbəyi olan Sionist rejiminin işğalçılığına son verməyin artıq vaxtı çatıb.
Maide.az xəbər verir ki, Təhlükəsizlik Şurasının “Orta Şərqdə etnik və dini hücumların qurbanları” mövzusunda keçirilən toplantıda çıxış edən İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Qulaməli Xoşru deyib ki, dünyanın gözü qarşısında yenə də sionist rejim Fələstin xalqına qarşı cinayətlər törədir. 
O deyib ki, İşğal olunmuş ərazilərdə, xüsusilə də Şərqi Qüdsdə vəziyyət hələ də gərgin olaraq qalır və çox təhlükəli xarakter almaqdadır. “Bu vəziyyət birbaşa Sionist rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətkər əməllərdən irəli gəlir. Bununla əlaqədar, Qoşulmama Hərəkatı dünya ictimaiyyətinin diqqətini Şərqi Qüdsdə və Məscid-ul Əqsadakı vəziyyətə cəlb edir və bunun məsuliyyətini İşğalçı İsrail rejiminin və onunla əlaqəli radikal qüvvələrin üzərinə qoyur. 
Qoşulmama Hərəkatı hesab edir ki, Fələstin ərazilərinin qanunsuz zəbt edilməsinin davam etməsi Orta Şərqdə sülhün bərqərar olması qarşısında əsas maneədir.  /
  
 

Google+ WhatsApp ok.ru