100 Xaxam Yəhudilərə Məscid-ul- Əqsaya girişi qadağan etdi

Fələstinlilərin sionistlərə qarşı həyata keçirdikləri intiharçı əməliyyatların artması ilə, 100 yəhudi ruhanisi dini fətva verərək yəhudilərin  Məscid-ul- Əqsaya girişini haram elan etdi.
Maide.az el-balad saytına istinadən xəbər verir ki, yəhudi ruhanilər yəhudilərin  Məscid-ul- Əqsaya girişini haram elan edən fətvanı 23 oktyabr ötən gecə imzalayıblar. 
Sionist rejiminin “Kanal-7”tərəfindən yaylan xəbərə görə, iki ali yəhudi ravvininin də adı həmin fətvanı imzalayanlar arsında yer alır.
Məlumata əsasən, bu fətva fələstinlilərin sionistlərə qarşı həyata keçirdikləri intiharçı əməliyyatlardan təşvişə düşməsi ilə əlaqədar verilib.
Bugün Qüdsün intifadasından 22 gün keçir; Sionist rejimi dünən rəsmən açıqlayıb ki, bu vaxtadək fələstinlilərin intiharçı hücumları nəticəsində 10 sionist ölüb, 121 nəfərdən artıq insan isə yaralanıb.
Son həftələr işğalçı sionist rejim və ifratçı yəhudi qəsəbə sakinləri Fələstinlilərə qarşı cinayətlər törədir. İşğalçı israilin əsgərlərinin açdığı atəş nəticəsində indiyədək 52-dən çox fələstinli şəhid olub,  yüzlərlə fələstinli isə yaralanıb.  /
 
 

 

Google+ WhatsApp ok.ru