Qiymətlər durmadan bahalaşır

Ötən ilin dekabrın sonlarından bəri Ermənistanda bahalaşma daha da sürətlənib. Maide.az tert.am-a istinadən xəbər verir ki, inflyasiyanı artıq rəsmi strukturlar da dana bilmirlər. Ermənistanın Milli Statistika Xidmətinin verdiyi açıqlamaya görə, ötən ilin dekabrı ilə müqayisədə məhsullar və xidmətlər sektorunda 2,2 faizlik bahalaşma qeydə alınıb. Ən sürətli bahalaşma Qafandadır: burada inflyasiyanın sürəti 2,9 faizdir. 13 növdə ərzaq məhsulları arasında 8 məhsulun qiymətlərində 31,5 faizlik artım var. Tərəvəz və kartof 31,4 faiz, meyvələr - 8,5 faiz, yumurta isə 8,3 faiz bahalaşıb. Bahalaşma ilə yanaşı, Ermənistanda ticarətin dövriyyəsi düşür, milli valyuta olan dramın ABŞ dollarına olan kursu sürətlə geriləyir. Paytaxt Yerevanın mərkəzi küçələrindəki butiklər də bağlanmaqdadır.

Google+ WhatsApp ok.ru