Qadın pişikdən keçən gənə infeksiyasına görə ölüb 25 İyul 2017 01:00 Dünya Yaponiyalı qadın gənə infeksiyası daşıyan pişikdən xəstəliyə yoluxaraq vəfat edib. Bu, belə virusun məməlidən insana ötürülməsinin ilk halı sayılır. Yaponiyanın Səhiyyə Nazirliyi bildirir ki, 50 yaşlarında olan qadın xəstəliyə evsiz pişiyə qayğı göstərərkən yoluxub. Hadisədən on gün keçdikdən sonra o, şiddətli qızdırma ilə müşayiət olunan trombositofeniya sindromu (SFTS) nəticəsində vəfat edib. Bu xəstəlik gənə vasitəsilə yayılır. Qadın üzərində gənə dişləməsi izləri aşkar edilməyib. Buna əsasən həkimlər infeksiyanın pişikdən keçdiyini düşünürlər. Çin, Koreya və Yaponiyada peyda olan SFTS nisbətən yeni xəstəlikdir. Xüsusilə də 50 yaşdan yuxarı olan pasiyentlərdə kəskin keçən xəstəliyə görə ölüm halları 30 faizə çatır. Pişiklər potensial ölümcül virus daşıyıcısıdır? Yaponiya mediasına əsasən ölkədə ilk SFTS xəstəliyi 2013-cü ildə qeydə alınıb. Səhiyyə Nazirliyi son tələfatın nadir hal olduğunu desə də, baxımsız heyvanlarla rəftarda ehtiyatlı olmağa səsləyir. Dünya boyu gənə dişləməsi daha çox borellioz xəstəliyinə səbəb olur. Bu, ağır xəstəlikdir və müalicə olunmadığı təqdirdə ölümə səbəb ola bilər.(bbc) Teqlər : #Qadın pişikdən keçən gənə infeksiyasına görə ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Məsumənin (ə) hərəmi - FOTO Ərbəin yürüşündə zəvvarların gediş-gəlişini asanlaşdırmaq üçün yeni magistral yol çəkilir - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO