Qəzaya uğrayan A320-nin pilotunun evindən mühüm sübut tapıldı – FOTO + VİDEO 27 Mart 2015 02:00 Dünya Polis Fransanın cənubunda qəzaya uğramış Germanwings aviaşirkətinin A320 təyyarəsini idarə edən alman pilot Andreas Lübitsin evində axtarışı bitirib. Pilotun Düsseldorfdakı evində axtarış fransız hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə baş tutub. Bundan əvvəl Marselin prokuroru Bris Roben bildirmişdi ki, ikinci pilot vəzifəsini icra edən Lübits təyyarəni bilərəkdən məhv edib. Onun sözlərinə görə, təyyarə komandiri kabinədən çıxdıqdan sonra ikinci pilot qapını bağlayıb və layneri endirməyə başlayıb. Britaniya mətbuat yazır ki, Lübitsin evində istintaq üçün mühüm əşyalar tapılıb, həmçinin “mühüm tapıntı” aşkarlanıb. Polislər təfərrüatlar barədə danışmasalar da, yalnız ölümqabağı məktubun olmadığını bildiriblər. A320 təyyarəsinin yerə çırpılması nəticəsində 150 nəfər həlak olub. oxu.az Teqlər : #Qəzaya uğrayan A320nin pilotunun evindən mühüm sübut tapıldı – FOTO + VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD terrorçuları Həzrət Səkinənin (s.ə) məqbərəsini ələ keçirdiyini iddia edib - FOTO Nyu Yorkda güclü partlayış nəticəsində 3 bina uçub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO