Qəzzada ölənlərin sayı 306-ya çatdı 19 İyul 2014 01:00 Dünya Fələstin Hökümətinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf-əl-Kudra İsrailin Qəzzanın fərqli ərazilərinə bu gecə həyata keçirdiyi hücumlarda 9 nəfərin öldüyünü və çoxlu sayda insanın da yaralandığını bildirib. Kudra:"Qəzzanın mərkəzinə atılan top zərbəsi nəticəsində 1, şimala həyata keçirilmiş hava hücumunda 1, cənubdakı Xan Yunus şəhərinə edilən hava hücumunda 7 nəfər olmaqla ümumilikdə 9 nəfər həyatını itirib" deyə bildirib. BMT qərarlarını əvvəllərdə dəfələrcə pozmuş İsrailin iyun ayının 7-dən Qəzzaya etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 306-ya yaralananların sayı isə 2 min 250 nəfərə çatıb. Qeyd edək ki, İsrailin Qəzzaya havadan,qurudan və dənizdən davam edən hücumlarında ölən 306 nəfərdən 74-ü uşaq , 26-sı isə qadındır. İsrail ordu qərargahı 7 iyulda başladığı əməliyyatları "Qoruyucu xətt" şərti adı altında həyata keçiri. Teqlər : #Qəzzada ölənlərin sayı 306ya çatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzaya ölüm yağır (FOTO-VİDEO) ABŞ İranın 2,8 milyard dollarını qaytarır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO