Putinlə Abe razılıq əldə edə bilmədi 23 Yanvar 2019 08:23 Dünya Yaponiya baş naziri Şinzo Abe Rusiyaya səfər edib. Maide.Az “Posta”ya istinadən xəbər verir ki, paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə keçirilən 3 saatlıq görüşdə Kuril adaları məsələsi müzakirə edilib. Hər iki lider keçirdikləri mətbuat konfransında həmin məsələ barədə müəyyən irəliləyişlər əldə edildiyini və iki tərəfin də sülh müqaviləsinin imzalanmasına müsbət yanaşdığını bildiriblər. Lakin, bu istiqamətdə yekun razılıq əldə olunmayıb. Fevralda nazirlər səviyyəsində daha bir görüşün keçiriləcəyi də vurğulanıb. Qeyd edək ki, Rusiyanın Kuril adaları, Yaponiyanın isə Şimal bölgələri adı verdiyi torpaq 1949-cu ildə Sovet İttifaqı tərəfindən işğal edilmiş, yaponlar oradan çıxarılmışdı. Bu münaqişə ilə bağlı ilk dəfə 2014-cü ildə danışıqlar prosesi start götürsə də, Rusiyanın Ukrayna ilə yaşadığı gərginlik səbəbindən Yaponiya ilə danışıqlar dondurulmuşdu. Məlumat üçün bildirək ki, Kuril adaları və ya Şimal bölgələri adlandırılan həmin ərazi İturup, Kunaşiri, Şikotan və Habomai adalarından ibarətdir. Teqlər : #Putinlə,#Abe,#razılıq,#əldə,#edə,#bilmədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniya başqa Aİ ölkələrinə rekord sayda qaçqın göndərib Nigeriya məhkəməsi Şeyx Zəkzəki və xanımına tibbi xidmət təyin etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO