Putinin S400-ləri Suriyaya çatdı - VİDEO

İki aydır Suriyada terrorizmə qarşı aparılan mübarizəyə aktiv şəkildə qoşulan Rusiya, bütün embarqolara, basqılara baxmayaraq, tezliklə bu ərazilərdən çıxmaq niyyətində olmadığını göstərib.

Maide.az xəbər verir ki, Türkiyənin F16 qırıcılarının Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra bölgədə artan gərginliyi tərəflərin qarşılıqlı şəkildə verdikləri bəyanatlar və açıqlamalar bir qədər də yüksəldib.

Rusiya bölgədə olan təyyarələrinin rahat uçuşunu təmin etmək məqsədi ilə bu gün Hava Hücumlarından Müdafiə Qüvvələrinə məxsus S400 raketlərini Suriyaya çatdırıb. 

Qeyd edək ki, S400 raketləri 400km radiusda bütün hədəfləri məhv edə bilir.

Google+ WhatsApp ok.ru