Pekin 8 ölkədən aviareyslərin qəbulunu bərpa edir

Pekin 8 ölkədən aviareyslərin qəbulunu bərpa edir

Sentyabr ayının 3-dən etibarən Pekinə səkkiz ölkədən doqquz beynəlxalq aviareyslər üzrə uçuşlar bərpa olunur. Bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, uçuşlar Tailand, Kamboca, Pakistan, Yunanıstan, Danimarka, Avstriya, İsveç və Kanadadan həyata keçiriləcək. Pekinə ilk birbaşa aviareys Kambocanın paytaxtı Pnompen şəhərindən olacaq. /apa/

Google+ WhatsApp ok.ru