Pan Gi Mun etiraf edib ki, `qara siyahıdan` Səudiyyə Ərəbistanı şantaj nəticəsində çıxarıb

Ər-Riyadın təhdidi nəticəsində Səudiyyə Ərəbistanını uşaqları öldürən ölkələrin siyahısından çıxardıq.
 
Maide.Az İnterfaks.ru-ya istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibi Pan Gi Mun deyib.
 
Onun sözlərinə görə, Yəmən konflikti nəticəsində yaşanan uşaq ölümlərinə görə "qara siyahı"ya salınan Səudiyyə Ərəbistanı rejimi 72 saat sonra "qara siyahı"dan çıxarılıb:
 
“Səudiyyə bizi maliyyə mənbələrimizi kəsməklə təhdid etdi. Uşaqların daha böyük fəlakətlərlə üz-üzə gəlməsinin qarşısını almalıyıq. Onsuz da Suriya, İraq, Fələstin, Cənubi Sudanda azyaşlılar daim böyük ağrı-acılar yaşayırlar”.
 
Bundan öncə, Pan Gi Mun hesabatında ötən il yəmənli uşaqların 60 faizi qətlə yetirilməsinin və yaralanmasının səbəbkarı Ərəbistan rəhbərliyi altındakı koalisiyanın olduğunu bildirib.
 
Bu hesabata görə, ötən il Səudiyyə koalisiyasının Yəmənə təcavüzü nəticəsinə hücumlarında 510 uşaq qətlə yetirilib, 667 uşaq da yaralanıb.
 
Səudiyyə Ərəbistan rejimi rəhbərliyi altındakı koalisiyanın vurduğu hədəflərin yarısını məktəblər və xəstəxanalar təşkil edir.
 
Səudiyyə koalisiyası ötən il 26 martda bəzi ərəb dövlətlərinin iştirakı ilə Yəməne  amansiz  hwcumlar teski edir.
 
Qeyd edək ki, indiyənədək BMT-dən başqa bir çox beynəlxalq təşkilatlar, həmçinin insan haqları idiasında olan ölkələr Səudiyyə rejiminin bu cinayətinə göz yumub.  / 

Google+ WhatsApp ok.ru