Pakistan alimləri Səudiyyə rəhbərliyinə etiraz etdi

Pakistanın Kəraçi şəhərində yüzlərlə alim Səudiyyə Ərəbistanın Yəmən hücumlarını və Ər-Riyad rəhbərliyinin ekstremist terror qrupları dəstəkləməsini pisləyib.
 
Maide.az xəbər verir ki, Səudiyyənin İŞİD-ə maddi-texniki və maliyyə dəstəyi verməsinə qarşı çıxan pakistanlı alimlər, Ərəbistanın İŞİD-ə verdiyi dəstəyi dərhal dyandırmasını və yürütdüyü yanlış siyasətləri nəzərdən keçirməsini tələb edib.
 
Nəim Əl-Həsən adlı pakistanlı alim, Ərəbistanda şiə məscidlərinə qarşı intihar hücumunu şiələrə qarşı bir soyqırım olaraq xarakterizə edərək hücumu şiddətlə qınadıqlarını deyib. Alimlər həmçinin Ərəbistan rəhbərliyindən Ayətullah Şeyx Nimr haqqındakı edam hökmünü ləğv etməsini istəyib.
 
İmam Xomeyninin vəfat ildönümü münasibətilə keçirilən anım proqramında da iştirak edən alimlər İmam Xomeyninin şüarlarına sadiq qalaraq dünyada məzlumun tərəfində olmağa davam edəcəkləri vurğulayıblar.

Google+ WhatsApp ok.ru