Şoyqu: 'ABŞ və NATO-nun Əfqanıstandakı missiyası uğursuz olub' 28 İyul 2021 13:47 Dünya Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın və Şimali Atlantika Alyansının Əfqanıstandakı missiyasının uğursuz olduğunu və bu ölkədəki vəziyyətin sürətlə pisləşərək hökumətin nəzarətindən çıxdığını deyib. Maide.Az "apa"a istinadla xəbər verir ki, Sergey Şoyqu bu barədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib. "Əfqanıstanın şimal sərhədlərində baş verən hadisələr və əfqanların Tacikistan və Özbəkistan ərazisinə kütləvi köç etməsi, ABŞ ilə "Taliban" hərəkatı arasındakı razılaşmanın həyata keçirilmədiyini göstərir", - Şoyqu bildirib. Nazirin sözlərinə görə, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və praktiki olaraq hakimiyyətin nəzarətindən çıxır. “"Taliban" artıq ərazinin böyük hissəsinə nəzarət edir. Xüsusilə İŞİD-in və digər beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının burada mövqelərinin güclənməsi narahatlıq doğurur. Beləliklə, ABŞ və NATO-nun Əfqanıstandakı missiyasının uğursuz olduğunu bildirməliyik”, -deyə Rusiya müdafiə naziri vurğulayıb. Teqlər : #Şoyqu:,#'ABŞ,#və,#NATOnun,#Əfqanıstandakı,#missiyası,#uğursuz,#olub', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran kəşfiyyatı İsrailin casus şəbəkəsini ələ keçirib Mikati Nazirlər Kabinetinin ilkin tərkibini Livan prezidentinə təqdim etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO