Orta Şərqin ən böyük kilsəsi və məscidi Misirdə  - FOTO

Orta Şərqin ən böyük kilsəsi və məscidi Misirdə - FOTO

Məsciddə eyni vaxtda 16 minədək kişi və 3 minədək qadın namaz qıla bilər

Orta Şəqrin və Ərəb ölkələrinin ən böyük Came məscidi "əl-Fəttahul-Əlim" və ən böyük kilsəsi "Milad Məsih" adlanır. Bu iki ibadət ocağı Misrin paytaxtı Qahirənin yeni inzibati ərazisində yerləşir.
 
Maide.Az İQNA-a isitnadən xəbər verir ki, iki dinin (İslam və xristianlıq) ən böyük ibadət ocaqlarının açılış mərasimi yanvarın 6-da baş tutub.  Açılış mərasimində Misrin prezidenti Əbdülfəttah Sisi, Ortodoks Qibtilər kilsəsinin rəhbəri Papa 2-ci Tavazrus, əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib və Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbas iştirak ediblər.
 
İki ibadət ocağı bir-birnin kənarında müxtəlif dinlər və məzhəblərin dostluq əlaqələrinin  möhkəmləndirilməsi və tolerantlığın gücləndirilməsi məqsədilə tikilib. 
 
"əl-Fəttahul-Əlim" məscidi İslami memarlıq üslubu ilə tikilib. Ərəb ölkələrinin ən böyük məscidi hesab edilir. Məscidin fəddan* (*Fəddan-0, 42 hektara bərabər yer ölçü vahidi)  sahəsi var. Məscidin 90 metr hündürlüyündə 4 minarəsi, bir əsas böyük günbəzi və 4 kiçik günbəzi var. Məsciddə eyni vaxtda 16 minədək kişi və 3 minədək qadın namaz qıla bilər. Bundan başqa məscidin iki Quran hifzi mərkəzi, bir 300 nəfərlik xeyriyyə xəstəxanası var.
 
"Milad Məsih" kilsəsi də Orta Şəqr və Ərəb ölkələrinin ən böyük kilsəsidir. Kilsə 63 min kv.metr özül üzərində tikilib. Kilsənin qülləsi 60 metrdir. "Məsihin Miladı" kilsəsində Papanın ofisi, mərasim zalı, toplantı zalı və idarə otaqları vardır. Kilsənin tutumu 8200 nəfərdir. 
 
 

Google+ WhatsApp ok.ru