Nigeriya ordusu Şeyx Zəkzakinin anasının qəbrini dağıtdı – FOTO

Nigeriya ordusu  bu ölkənin şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin evini və onun anasının qəbrini dağıtdı. 
Maide.az xəbər verir ki, Nigeriya ordusunun bu ölkənin şiələrinə qarşı cinayətləri hələdə davam etməkdədir. Belə ki, Nigeriya hökumətinin göstərişi ilə ordu Nigeriya İslami Hərakatına və onun rəhbəri Şeyx Zəkzakiyə aid bütün məkanların dağıdılmasına başlayıb. 
Bir neçə gün öncə  ordu  Nigeriya şiələrinin Bəqiyyətullah (əc) hüseyniyyəsini dağıtmışdı. Ötən gün  isə Şeyx Zəkzakinin evini və onun anasının məqbərəsini dağıdıb. Bundan başqa Şeyx Zəkzakinin 3 şəhid oğlu və digər şəhidlərin dəfn olunduğu “Darul-Rəhmə” adlanan məqbərə də dağıdılıb. /
 
 
 

Google+ WhatsApp ok.ru