Nigeriya Islami Hərəkatından “Şeyx Zəkzaki” açıqlaması 16 Yanvar 2018 02:00 Dünya -- Seyx Zəkzakinin sağlamlıq problemlərinin həlli yalnız onun xəstəxana şəraitində müalicəsi ilə mümkindir Nigeriya İslami Hərəkat sözçüsü İbrahim Musa Şeyx İbrahim Zəkzakinin sağlamlıq durumuna dair açıqlama verib. Maide.Az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkat sözçüsü İbrahim Musa son günlər Şeyx İbrahim Zəkzakinin jurnalistlərə verdiyi açıqlamasından danışıb və deyib ki, Şeyx Zəkzakinin jurnalistlərə müsahibə verməsi problemlərin həlli və ya onun xəstəliyinin sağalması anlamında deyil. “Hazırda Şeyx Zəkzakinin sağlamlıq problemlərinin həlli yalnız onun xəstəxana şəraitində müalicəsi ilə mümkindir. Şeyx Zəkzaki üzərində onun sağlamlığını bərpa edəcək doğru müayinə və müalicə tez bir zamanda aparılmalıdır.” İ.Musa deyib ki, Nigeriya hökumət rəsmiləri indiyədək Şeyx Zəkzakinin sağlamlıq durumu ilə bağlı hərhansı bir addım atmayıb. Əksinə onun müalicəsinə hökumət tərəifndən əngəllə yaradılıb. O qeyd edib ki, nigeriya İslami Hərəkatı Şeyx Zəkzaninin səbəst buraxılması üçün çalışır. “Şeyx Zəkzakinin müalicə edilməsinə çalışmaqla yanaşı onun azadlığa çıxaması üçün əlimizdən gələni edirik. Bu məqsədimizə çatmaq üçün bütün gücümüzlə çalışırıq.” Teqlər : #Nigeriya Islami Hərəkatından Şeyx Zəkzaki açıqlaması , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Freedom House 2018: Demokratiya bütün dünyada geri çəkilir… Tunisdə son iğtişaşlar zamanı 930 nəfər saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO