Nigeriya hökuməti İslami Hərəkatın fəaliyyətini qadağan etdi 08 Oktyabr 2016 01:00 Dünya Ötən ilin dekabr ayında həbs olunan Şeyx İbrahim Zəkzakinin rəhbəri olduğu “Nigeriya İslami Hərəkatının” bu ölkədə fəaliyyəti qadağan edilib. Maide.Az xəbər verir ki, Nigeriyanın Kaduna yerli hökuməti elan edib ki, “İslami Hərəkatın” fəaliyyəti qadağandır və hər kəs bu hərəkata üzv olarsa 7 il azadlıqdan məhrum ediləcək, ya cərimə olunacaq və ya həm cərimə və həm də həbs olunacaq. Kaduna yerli hökuməti iddia edib ki, İslami Hərəkatın ötən ildən indiyədək keçirdiyi bütün mitinqlər qanunsuz olub və qanunsuz etiraz aksiyalarını davam etdiriblər. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. Nigeriya İslami Hərəkatının sözçüsü İbrahim Musa deyib ki, Nigeriyanın bütün bölgələrində dinc aksiyalarımız davam edəcək. "Xüsusi ilə Abucada biz dinc aksiyalarımızı davam etdirəcəyik. Biz indiyədək ölkənin müxtəlif bölgələrində xüsusi ilə 18 şimal əyalətində aksiyalarımızı davam etdirmişik. Aksiyalar paytaxtda bundan sonrada davam etdiriləcək. İstəklərimiz təmin olunmayanadək aksiyalar davam edəcək". Teqlər : #Nigeriya hökuməti İslami Hərəkatın fəaliyyətini qadağan etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə qırıcıları Sənada yas mərasimini bombaladı: ölənlərin sayı 160 nəfəri keçib-FOTO-VIDEO Pakistanda Əhli-Beyt (ə) ardıcıllarına qarşı zorakılıqların artması pislənilib - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO