Nigeriyada terror aktı: 7 ölü, 27 yaralı

Nigeriyanın Yobo əyalətində avtobus partladılıb.
Maide.az xəbər verir ki, Yobe əyalətinin Dramaturu şəhərində bir bazarın yaxınlığında qadın terrorçu avtobusda üzərindəki bombanı işə salıb.
Partlayış zamanı terrorçu daxil olmaqla 7 nəfər ölüb, 27 nəfər isə yaralanıb.
Terror aktının hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hadisənin “Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
Məlumat üçün bildirək ki, “Boko Haram” terrorçuları son 6 ildə Nigeriyanın Borno, Adamava və Yobe əyalətlərində 10 minlərlə insanın ölümünə səbəb olub. //

Google+ WhatsApp ok.ru