Nigeriyada sel fəlakəti; 100-dən çox adam öldü

Nigeriyada sel fəlakəti; 100-dən çox adam öldü

Njeryada həddindən artıq yağışların ölkədəki iki çayın daşmasına yol açması nəticəsində 100-dən çox insan həyatını itirib.

Bu barədə "BBC" xəbər verib. Xəbərə görə, Milli Fövqəladə Vəziyyət İdarəetmə Agentliyi ölkədə 2 həftədir davam edən yağışlar nəticəsində Niger və Benue çaylarının daşdığını bildirib.

"BBC" çayların daşması nəticəsində meydana gələn sel nəticəsində 100-dən artıq adamın öldüyünü, sellərin xüsusilə kənd yerlərinə mənfi təsir etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Nigeriyada demək olar ki, hər il sel fəlakəti yaşanır.  

Google+ WhatsApp ok.ru