Nigeriyada hicablı tibb bacılarına  edilən təzyiqlər pislənilib

Nigeriyada hicablı tibb bacılarına edilən təzyiqlər pislənilib

Nigeriya Müsəlmanlarının hüquqlarını müdafiə qrupu (MURIC) ölkə xəstəxanalarında  hicablı  tibb bacılıarına qarşı zorakılıq və onlara hicabdan istifadənin qadağan olunmasını pisləyib. 
 
Maide.Az xəbər verir ki,  MURIC ötən gün bəyanat yayaraq  bildirib ki,  Nigeriyanın müxtəlif xəstəxanasının rəsmiləri ölkənin  xəstəxanalarda  hicab taxmağın azad olmasını  göstərən qanunları dəfələrlə pozublar. 
 
MURIC xəbərdarlıq edib ki, hicablı tibb bacılarına qarşı hədələr  davam edərsə və rəsmilər  bu məsələyə vaxtında  baxmazsa o zaman müsəlmanlar  bu məsələyə layiqli cavab verəcək. 
 
Məlumata görə, Nigeriyanı Ogun  əyalətinin Əbukata şəhər xəstəxanasında bir neçə hicablı  tibb bacısı işdən  çıxarılıb.  Xəstəxana rəsmisi  2002-ci il fevralın 11-də  hökumətin  müsəlman tibb bacılarına  iş yerlərində hicab taxmasına icazə verən sərəncamdan xəbərsiz olduğunu  bildirib. 
 
Nigeriyanın 150 milyon nəfər əhalisi var ki, onların 60 faizini müsəlmanlar təşkil edir.  Nigeriya İslam Əməkdaşlıq Təşkilatının üzvidir.  
 

Google+ WhatsApp ok.ru