Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilib-FOTO 23 Sentyabr 2016 01:00 Dünya Xalq, paytaxt Abucada küçələrə axışaraq, Nigeriya İslami Hərəkatının rəhbəri və İslam alimi Şeyx Zakzakinin sərbəst buraxılmasını tələb edib. Maide.Az bildirir ki, aksiya üçün ölkənin müxtəlif bölgələrindən gələn Əhli-beyt aşiqləri və şiələrdən ibarət qrup paytaxtdakı İnsan Haqları Bürosunun qarşısında toplaşıb. Hərəkat bundan əvvəl də 1 ilə yaxındır məhkum olan və görüşülməyə izn verilməyən Şeyx Zəkzakinin həbsxananın pis şəraiti səbəbi ilə həlak ola biləcəyi barədə narahatçılıqlarını dilə gətirmişdi. Digər tərəfdən Nigeriya polisi aksiya iştirakçılarına sərt müdaxilə edib. Qarşıdurmalar nəticəsində bir çox insan yaralanıb, bəzi etirazçılar isə saxlanılıblar. Xatırladaq ki, 2015-ci ilin 13 dekabrında polis Baqiyətullah Hüseyniyəsinə və Şeyx Zəkzakinin evinə hücum edərək, təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Həbsxananın pis şəraiti ilə əlaqədar Şeyxin bir gözünün itirildiyi deyilir. (faktxəbər) / Teqlər : #Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilibFOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da polis şiddətinə qarşı qaradərililərin aksiyaları davam edir (VİDEO) Bəhreynlilər Ayətullah İsa Qasımın evinin qarşısında oturaq aksiyalarını davam etdirir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO