Nigeriyada Əhli-Beyt (ə) tərəfdarlarına hücum olunub, 10 nəfər şəhid olub 14 Noyabr 2016 02:00 Dünya Nigeriyada polisin bu ölkənin şimalında Ərbəin yürüşləri zamanı Əhli-Beyt (ə) tərəfdarlarına atəş açması nəticəsində 10 nəfər şəhid olub, bir çox insan isə yaralanıb. Maide.Az xəbər verir ki, Nigeriyada Ərbəin yürüşlərinə hazırlıq zamanı ordu tərəfindən açılan atəş zamanı 10 nəfər şəhid olub. Press tv məlumat verib ki, şahidlərdən biri bildirib ki, yerdə cansız halda yatan 15 nəfərin cəsədini görüb. Şahidlərin bildirdiyinə görə ordu tədbirlərin keçiriləcəyi məkana gedən yolu kəsib. Kanoda toplaşmağa gedən qadın və uşaqların da içində olduğu insan dəstəsinə atəş açaraq, göz yaşardıcı qazlarla müdaxilə edib. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. Teqlər : #Nigeriyada ƏhliBeyt (ə) tərəfdarlarına hücum olunub,#10 nəfər şəhid olub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myanma ordusu 30 Ruhingiya müsəmanı öldürüb Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO