Nigeriyada 100 nəfərin şəhid olduğu Ərbəin yürüşü qətliamının görüntüləri yayılıb  - VİDEO

Nigeriyada 100 nəfərin şəhid olduğu Ərbəin yürüşü qətliamının görüntüləri yayılıb - VİDEO

Nigeriya polis və ordu qüvvələrinin Əhli-Beyt (ə) ardıcıllarının Ərbəinə hazırlıq yürüşü zamanı qətliamına dair yeni video görüntülər əldə olunub. 
 
Maide.Az Presstv-yə istinadən xəbər verir ki, Əhli-Beyt (ə) ardıcılları dinc şəraitdə Ərbəinə hazırlıq yürüşünü etdikləri zaman ordu qüvvələrinin silahlı hücumuna məruz qalıb. 
 
Londonda yerləşən İslami İnsan Haqları Komissiyası elan edib ki, Nigeriyanın şimalında Kano şəhərindəki Ərbəinə hazırlıq yürüşü zamanı törədilən qətliamda təqribən 100 nəfər şəhid olub. 
 
Əldə olunan görüntülərdə göstərilir ki, bir neçə yaralı aparılır. Minlərlə insan Ərbəin mərasimində iştirak etmək üçün hər il Kano şəhərindən Kaduna şəhərinə kimi piyada yürüş edirlər. Göstərilən video kadrlarda partlayış və atışma səslərini də eşitmək mümkündür. Əldə olunan məhdud məlumata görə, ordu yürüşdə iştirak edən şiələrə planlı şəkildə hücum edib.
 
İslami İnsan Haqları Komissiyasının üzvi Məsud Şəcərə deyib ki, öldürülən şəxslərin hamısının kimliyini müəyyənləşdirmək çox çətindir. “Ona görə ki, ordu cənazələri aparıb. Öldürülən şəxslər bir yerdə deyil, Kano şəhərinin müxtəlif bölgələrində öldürülüb və cənazələr aparılıb. Bəzi kəndlərdən məlumatlar əldə etmişik ki, ordu qüvvələri ev-ev axtarış edib, həmçinin digər yerlərdə gizlənən şiələrin axtarışı aparılıb, tapılıb və öldürülüb”.
 
Qeyd edək ki, oktyabr ayında Aşura günü Nigeriya ordusu Katsina əyalətində Əhli-Beyt (ə) ardıcıllarına hücum etmişdi. Hadisə nəticəsində 9 nəfər şəhid olmuşdu. 
Mərkəzi ofisi Londonda yerləşən İslami İnsan Haqları Komissiyası elan edib ki, Nigeriya ordusu  İmam Hüseyn (ə) əzadarlarına atəş açılmasını təsdiqləyib. 
 
Nigeriyada şiələrə qarşı təzyiqlər ötən ilin dekabr ayının ortalarında Nigeriya ordusunun Kaduna əyalətinin Zariya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsinə hücum etməsi ilə başlayıb. Nigeriya ordusu həmin vaxt bu ölkənin İslami Hərəkatının rəhbəri Şeyx Zəkzakinin Zariya şəhərindəki evinə də hücum etdi və onu ağır yaralayaraq həbs etdi. Hücum zamanı təqribən 2000 nəfər Əhli-Beyt (ə) ardıcılı öldürüldü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib.Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər Kaduna həbsxanasında saxlanılır. Beynəlxalq insan haqları təşkilatları bu qətliamı pisləyiblər. /

Google+ WhatsApp ok.ru