İngiltərədə hakerlər bank hesablarından külli miqdarda pul oğurlayıblar

İngiltərədə hakerlər bank hesablarından 20 milyon funt-sterling oğurlayıblar
 
Maide.az xəbər verir ki,İngiltərənin Milli Cinayətkarlıqla Mübarizə Agentliyi internet istifadəçilərinə xəbərdarlıq edib ki, hakerlərin hücumları qarşısında öz bank hesablarını qorusunlar.
 Agentlik bildirib  ki,  hakerlər “Dirdeks” adlanan zərərli kompüter proqramından istifadə edərək internet istifadəçilərinin bank hesablarından 20 milyon funt-sterlingdən çox vəsaiti oğurlamağa nail olublar.
Cinayətkarlıqla Mübarizə Agentliyi internet istifadəçilərinə xəbərdarlıq edib ki, öz bank hesablarını qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri görsünlər.
Bu kompüter virusu ilk dəfə 2014-cü ilin noyabrında Kibertəhlükəsizlik üzrə mütəxəssislərin köməyi ilə aşkarlanıb və hakerlər bu virusdan istifadə etməklə kompüter sistemlərində istifadəçilərin loqin və parolunu əldə edə bilirlər.
İndiyədək Britaniyada minlərlə kompüter bu virusa yoluxublar. Bununla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Britaniya Kibertəhlükəsizlik İdarəsinin rəsmilərinin bildirdiyinə görə, hakerlər indiyə qədər bir çox orta və kiçik təşkilatları hədəfə götürüblər./

Google+ WhatsApp ok.ru