İngilislərin namaza dözümsüzlüyü

İngiltərədə futbol azarkeşi sosial şəbəkədə müsəlmanların namaz qılmasına qarşı dözümsüzlüyünü nümayiş etdirib.
 
Hadisə "Liverpool" - "Blackburn" komandaları arasında "FA" kuboku uğrunda keçirilən qarşılaşmada baş verib.
 
"Liverpool" azarkeşi Stiven Dodd fasilə vaxtı iki müsəlmanın stadionun dəhlizində namaz qıldığını görərək özündən çıxıb.
 
Onların şəklini çəkən Dodd, "Dünən keçirilən qarşılaşmada fasilə vaxtı namaz qılan müsəlmanlar" - yazaraq sosial şəbəkədə "disgrace#" (biabırçılıq) haşteqi ilə paylaşıb.
 
Yerli müsəlmanlar bu barədə hüquq-mühafizə orqanlarına şikayət etsələr də polis burda cinayət əməli olmadığını bildirərək problemin həllini kluba həvalə edib.

Google+ WhatsApp ok.ru